Azərbaycan və Özbəkistan arasında elm və ali təhsil əməkdaşlığı müzakirə olunub
Elm və təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumu çərçivəsində Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Racabov ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş zamanı Azərbaycan və Özbəkistan arasında ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi tədqiqat layihələrinin təşviq edilməsi, akademik mübadilə proqramları və innovasiya ekosisteminin inkişafı istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər elm və ali təhsil sahəsində müasir yanaşmaların tətbiqi, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.



