Azərbaycanda yeni telekanal fəaliyyətə başlayır

4 Noyabr, 2024 - 16:15

Azərbaycanda daha bir televiziya kanalı fəaliyyətə başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu haqda telejurnalist Rüfət Həmzəyev sosial şəbəkə hesabında məlumat yayıb:

“Noyabrın 4-dən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır. Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan dünyaya çatdırılacaq”.

Qeyd edək ki, R.Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb.