Bahar Muradova: Erkən evlilik 50 faizə yaxın azalıb

26 May, 2026 - 13:09
Bahar Muradova: Erkən evlilik 50 faizə yaxın azalıb

Genderəsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika göstərir ki, dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər daha səmərəli nəticə verir.

"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” təqdim edərkən deyib.

“Bu, özünü müraciətlərin azalması, mühafizə orderlərinin artması, erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda göstərir. On səkkiz yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50 faizə yaxın azalması xüsusi qeyd olunmalıdır”, - deyə Bahar Muradova vurğulayıb.