Bakı məktəblərində may tətilinin vaxtı dəyişdirildi
Bakıda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərin tətil müddətində dəyişiklik edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədilə əmr imzalayıb.
Əmrə əsasən, məktəbəhazırlıq qrupları və ibtidai siniflər üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən edilib.



