Bakıda bu il diaqnostik qiymətləndirməyə cəlb olunanların sayı açıqlanıb

23 Dekabr, 2024 - 16:31
Bakıda bu il diaqnostik qiymətləndirməyə cəlb olunanların sayı açıqlanıb

Bakı şəhəri üzrə 4000-ə yaxın tərbiyəçi-müəllim və metodist diaqnostik qiymətləndirmədə iştirak edib.

Bu barədə "Azərbaycan müəllimi"nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtın məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmənin test mərhələsi keçirilib.

Qiymətləndirmədə 3 944 tərbiyəçi-müəllim və metodist iştirak edib

Qeyd edək ki, ilk dəfə keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən heyətin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasından ibarətdir.

Bakıda bu il diaqnostik qiymətləndirməyə cəlb olunanların sayı açıqlanıb
Bakıda bu il diaqnostik qiymətləndirməyə cəlb olunanların sayı açıqlanıb