Bədii yaradıcılıq müsabiqə–festivalının seçim mərhələsinə start verilib
Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq müsabiqə-festivalının II mərhələsinə start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə-festivalın II mərhələsi müxtəlif nominasiyaların seçim mərhələsi formatında təşkil olunub. Bu seçim mərhələsində Sumqayıt Dövlət Universitetinin 43, Bakı Mühəndislik Universitetinin isə 19 tələbəsi iştirak edib.
Münsiflər heyətində Xalq artistləri Gülyanaq Məmmədova, Samir Cəfərov, Təranə Muradova, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar artist Rəşad Həşımov, Əməkdar incəsənət xadimi Hafiz Quliyev və ustad tarzən Arslan Növrəsli yer alıb.



