Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

30 İyul, 2025 - 11:04
Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır
Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

“Cəmiyyətin sosial həyatında iştirakımız, əsasən, sosial layihələr vasitəsilə reallaşır. Sosial layihələrimizin isə əhəmiyyətli hissəsi təhsil sahəsində həyata keçirilən təşəbbüslərdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bərpa Olunan Enerji Qurğu və Avadanlıqlarının İstismarı üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində  deyib.

O qeyd edib ki, məzmunun yaradılması istiqamətində ən uğurlu layihələrindən biri iqtisadiyyat, idarəetmə və sosial elmlər sahəsində 28 beynəlxalq dərslik və tədris vəsaitinin Azərbaycan dilinə tərcümə edilərək çap olunması və yayılmasıdır. Bu layihə Azərbaycan dilində keyfiyyətli və əlçatan məzmunun təmin olunmasına xidmət edir: “Digər önəmli təşəbbüsümüz isə Azərbaycan müəlliflərinin hazırladığı yeni tədris məzmununun dəstəklənməsidir. Bu istiqamətdə 27 dərsliyin hazırlanması və nəşri həyata keçirilib”.

O əlavə edib ki, təhsil proqramlarının dəstəklənməsi istiqamətində də bir sıra layihələr həyata keçirilib.