Beynəlxalq Elm və Mühəndislik Sərgisində şagirdlərimiz növbəti uğur qazanıblar
“Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin qalibi olan şagirdlərimiz dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində yüksək nailiyyət əldə ediblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, sərgidə ölkəmizi təmsil edən Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli müsabiqədə bürünc medal qazanıblar.
Eyni zamanda, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Səlman Sadıxzadə xüsusi mükafata layiq görülüblər.
Qeyd edək ki, beynəlxalq müsabiqə 9-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Feniks şəhərində keçirilib.



