Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu: 1-i 700 bal toplayıb

27 Avqust, 2026 - 19:04
Bir sinifdən 13 nəfər “Tibb”ə qəbul oldu:

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11”a” sinfi 2025–2026-cı tədris ili üzrə qəbul nəticələri ilə diqqət çəkib. 

Abşeron-Xızı Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, sinfin 17 məzunu 500-dən yüksək, 13 məzunu isə 600-dən yüksək bal toplayıb. Onlardan 13-ü Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasına qəbul olub.

Sinfin ən yüksək nəticəsini Tağızadə Samir Hikmət göstərib. O, qəbul imtahanında maksimal nəticə olan  700 bal toplayıb.

Yüksək nəticə göstərən məzunlar arasında Mursaquliyeva İnci Rəsul – 690,2, Fərhadova Aysel Elnur – 682,6, Nağıyev Hüseyn Samir – 682, Tahirzadə Amin Pərviz – 679,1 və Səfizadə Rüqiyyəxanım Fərid – 675,4 bal nəticə göstəriblər.

Sinfin uğurları qəbul imtahanları ilə də məhdudlaşmayıb. Əliyev İlham Ramil, Tağızadə Hüseyn Qasım və Tarverdi Davud Mahmud fənn olimpiadalarında əldə etdikləri nəticələrə görə müsabiqədənkənar qəbul hüququ qazanıblar.

Məzunların qəbul olunduğu ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Heydər Əliyev adına Hərbi İnstitut və ADA Universiteti də yer alıb.