Britaniyadakı təhsil müşavirimiz “OpenAI” nümayəndələri ilə görüşüb

31 İyul, 2026 - 22:06
Britaniyadakı təhsil müşavirimiz “OpenAI” nümayəndələri ilə görüşüb

Məlum olduğu kimi, Azərbaycanın Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “OpenAI” ilə adaptiv süni intellekt həllərinin təhsildə tətbiqinə dair Anlaşma Memorandumu imzalamışdılar.

“Azərbaycan müəllimi” xəbər verir ki, əməkdaşlıq çərçivəsində Azərbaycanın Böyük Britaniyadakı təhsil üzrə müşaviri Rəşad Xanlarov “OpenAI” nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı tərəflər Anlaşma Memorandumunun icrası ilə bağlı növbəti addımları müzakirə ediblər.

Britaniyadakı təhsil müşavirimiz “OpenAI” nümayəndələri ilə görüşüb
Britaniyadakı təhsil müşavirimiz “OpenAI” nümayəndələri ilə görüşüb