BSU-da diferensial əməkhaqqı sistemi tətbiq olunur

24 Yanvar, 2026 - 13:49
BSU-da diferensial əməkhaqqı sistemi tətbiq olunur

Yanvarın 23-də Bakı Slavyan Universitetində (BSU) rektor Anar Nağıyevin sədrliyi ilə keçirilən Elmi şuranın növbəti iclasında BSU-da əmək nəticələrinə görə ədalətli ödənişi təmin etmək, professor-müəllim heyətinin motivasiyasını artırmaq, bacarıq fərqlərini nəzərə almaq, əmək məhsuldarlığını yüksəltmək, müəssisənin rəqabət qabiliyyətini artırmaq məqsədilə diferensial əməkhaqqının tətbiqi üzrə qaydalar hazırlanıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, diferensial əməkhaqqı sisteminin tətbiqi 3 hissədən ibarət bir proses olacaq və prosesin birinci mərhələsi (professor-müəllim heyəti üçün) 1 fevral 2026-cı ildən etibarən tətbiq olunmağa başlayacaq. 

Qeyd edək ki, tətbiqi nəzərdə tutulan bu sistemin məqsədi BSU-da professor-müəllim heyətinin fəaliyyətini obyektiv meyarlar əsasında qiymətləndirmək, əməkhaqlarını diferensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətlərinin universitetin inkişaf hədəflərinə uyğun şəkildə stimullaşdırılmasını gücləndirməkdir.