BSU-nun beynəlxalq yay məktəbinin iştirakçıları Fariz İsmayılzadə ilə görüşüblər

14 Sentyabr, 2026 - 10:24
BSU-nun beynəlxalq yay məktəbinin iştirakçıları Fariz İsmayılzadə ilə görüşüblər
Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə keçirilən “Azərbaycanşünaslıq” üzrə I beynəlxalq yay məktəbi çərçivəsində iştirakçılar Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə görüşüblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, ADA Universitetində keçirilən görüş zamanı Fariz İsmayılzadə Azərbaycanın dövlətçilik ənənələrindən, müasir Azərbaycan dövlətinin uğurlarından bəhs edib, ölkəmizdə təhsil imkanlarından danışıb. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü olan Fariz İsmayılzadə həmçinin Azərbaycanda təhsil mühiti, ADA Universitetinin fəaliyyəti, təqaüd imkanları və beynəlxalq təhsil əməkdaşlığı haqqında məlumat verib.

Daha sonra iştirakçıların sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra yay məktəbinin iştirakçıları ADA Universiteti ilə tanış olub, universitetin tədris imkanları və infrastrukturu barədə məlumat əldə ediblər. İştirakçılar, həmçinin ADA Universitetini və onun kampusunda fəaliyyət göstərən İtaliya-Azərbaycan Universitetini ziyarət ediblər.