Bu gün ali məktəblərə qəbul olunanların qeydiyyatı BAŞLAYIR

28 Avqust, 2026 - 09:05
Bu gün ali məktəblərə qəbul olunanların qeydiyyatı

Bu gün 11:00-dan etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayır.

"Azərbaycan müəllimi" xəbər verir ki, qeydiyyat 8 sentyabr saat 18:00-dək yalnız my.gov.az ilə aparılacaq.

Qeydiyyat üçün mygov ID ilə şəxsi kabinetinizə daxil olun, “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyini seçin və “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçin.

Məlumatlarınızı yoxlayın, tələb olunan sənədləri yükləyin və qeydiyyatınızı tamamlayın. Müraciətinizin statusunu isə “Xidmətin tarixçəsi” bölməsindən izləyə bilərsiniz.

Qeydiyyatdan keçməyən və təhsil müəssisəsi tərəfindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric edilə bilərlər.