Bu gündən məktəblərdə payız tətili başlayıb

16 Noyabr, 2026 - 09:37
Bu gündən məktəblərdə payız tətili başlayıb

Bu gündən ümumi təhsil müəssisələrində 2026–2027-ci tədris ili üzrə beşgünlük payız tətili başlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, payız tətili noyabrın 16–20-ni əhatə edir.

Belə ki, şənbə və bazar günləri nəzərə alınmaqla, tətildən sonra ilk dərs günü altıgünlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində noyabrın 21-i, beşgünlük iş həftəsi ilə işləyən müəssisələrdə isə noyabrın 23-ü olacaq.

Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Qeyd edək ki, payız tətili Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nə uyğun olaraq müəyyən edilib.