Bu il 30-a yaxın yeni məktəb binası istifadəyə veriləcək
Elm və Təhsil Nazirliyinin sifarişi ilə inşa olunan təhsil müəssisələrindən necəsinin bu il istifadəyə veriləcəyi açıqlanıb.
Nazirlikdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bu il 30-a yaxın məktəb istifadəyə veriləcək.
Yeni məktəblərin tikilməsi şagirdlərin daha yaxşı təhsil almasına imkan verir. Məktəblərdə ən son texnologiyaların və tədris metodlarının tətbiqi isə təhsilin keyfiyyətini artırmağa kömək edir.



