Bu siniflərdə ikinci xarici dilin tədrisi dayandırılıb
Ümumtəhsil məktəblərinin tədris digər dillərdə olan bölmələrinin X siniflərində ikinci xarici dilin tədrisi dayandırılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrinin I-XI siniflərinin 2026-2027-ci tədris ili üçün tədris planı"nda öz əksini tapıb.
Qeyd edək ki, ötən il tədris digər dillərdə olan bölmələrinin X siniflərində ikinci xarici dil 2 saat tədris edilirdi. Onun 1 saatı Azərbaycan dili - dövlət dili kimi fənninin tədrisinə verilib. Ümumilikdə bu bölmələrin X siniflərində dərs saatarının miqdarı 1 saat azaldılaraq 37 saatdan 36 saata endirilib.




