Bu siniflərin dərs saatı artırılıb

16 Sentyabr, 2026 - 11:10
Bu siniflərin dərs saatı artırılıb

Ümumtəhsil məktəblərinin tədris Azərbaycan dili bölmələrində I və II siniflər üzrə həftəlik dərs saatlarının sayı 1 saat artırılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrinin I-XI siniflərinin 2026-2027-ci tədris ili üçün tədris planı"nda öz əksini tapıb.

Belə ki, ötən tədris ilində bu siniflər üzrə xarici dil 1 saat idisə, yeni tədris ilindən həftədə 2 saat olmaqla keçiriləcək.

X-XI siniflərdə isə xarici dil dərsləri üzrə həftəlik dərs saatı 4 saatdan 3 saata endirilib.