Bu universitetdə ödənişsiz IELTS və Pre-IELTS hazırlıq dərsləri keçiriləcək

5 Oktyabr, 2026 - 12:49
Bu universitetdə ödənişsiz IELTS və Pre-IELTS hazırlıq dərsləri keçiriləcək

Mingəçevir Dövlət Universitetində ödənişsiz IELTS və Pre-IELTS hazırlıq dərslərinə start verilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Bildirilib ki, bu dərslər iştirakçıların ingilis dili biliklərini sistemli şəkildə inkişaf etdirməsinə, beynəlxalq IELTS imtahanına hərtərəfli hazırlaşmasına, eləcə də gələcək akademik və peşəkar fəaliyyətləri üçün mühüm imkanlar əldə etməsinə şərait yaradacaq.

Qeyd edilib ki, dərslər tamamilə ödənişsizdir.