Bugünkü imtahanların nəticələri nə vaxt açıqlanacaq?
Dövlət İmtahan Mərkəzi aprelin 5-də keçirdiyi imtahanlarla bağlı açıqlama verib.
Mərkəzdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri 6 həftə ərzində elan olunacaq. Düzgün cavablar isə sabah yerləşdiriləcək.
Eyni zamanda qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə bu gün keçirilən qəbul imtahanının nəticələri 2–3 gün ərzində elan olunacaq.



