Builki məzunlar təhsil sənədlərini "mygov"dan ala bilərlər

11 Avqust, 2026 - 13:44
Builki məzunlar təhsil sənədlərini "mygov"dan ala bilərlər

Təhsil haqqında dövlət nümunəli sənədlər artıq "mygov" platformasında əlçatandır.

"Azərbaycan müəllimi" xəbər verir ki, 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.