“Cəmi 2 ay hazırlaşdım” - Topladığı balı ilə seçilən imtahan iştirakçısı
"Əsas məqsədim öz ixtisasım üzrə daim inkişaf edən, müasir təlim metodlarını mənimsəyən və şagirdlərimin inkişafına daha böyük töhfə verən peşəkar müəllim olmaqdır".
Bunu "Azərbaycan müəllimi"nə Sumqayıt şəhərində keçirilən MİQ imtahanında ən yüksək nəticə göstərən Minəxanım Əliyeva deyib.
97.05 bal toplayan Minəxanım musiqi fənni üzrə imtahanda iştirak edib. O, 2023-cü ildə Azərbaycan Milli Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Bildirir ki, heç bir pedaqoji fəaliyyəti yoxdur: "Cəmi 2 ay hazırlaşdım. Əsas məqsədim öz ixtisasım üzrə daim inkişaf edən, müasir təlim metodlarını mənimsəyən və şagirdlərimin inkişafına daha böyük töhfə verən peşəkar müəllim olmaqdır. Yüksək bal toplamaq mənim üçün sadəcə bir nəticə deyil, qarşıma qoyduğum məqsədlərə çatmaq üçün mühüm addımdır. Gələcəkdə həm müəllim kimi özümü inkişaf etdirmək, həm də qazandığım bilik və təcrübə ilə şagirdlərimə daha keyfiyyətli təhsil vermək istəyirəm".




