Çevik iş vaxtı rejimi modelləri yaradılacaq
Beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelləri yaradılacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda əksini tapıb.
Tədbirlər Planına əsasən, çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur.




