Dağlıq Şirvanda 25 təhsil müəssisəsinin infrastrukturu yenilənir
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki 25 təhsil müəssisəsində yenidənqurma və təmir-tikinti işləri aparılır.
"Azərbaycan müəllimi"nə bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, məqsəd şagirdlər və müəllim heyəti üçün müasir standartlara cavab verən, təhlükəsiz və rahat təhsil mühiti yaratmaqdır. İnfrastrukturun yenilənməsi çərçivəsində binaların fasad və daxili hissələri bərpa olunur, sinif otaqları, laboratoriyalar və idman zalları müasir avadanlıqlarla təchiz edilir.
Yenidənqurma işlərinin nəzərdə tutulmuş qrafikə uyğun olaraq tezliklə yekunlaşdırılması və məktəblərin tam hazır vəziyyətdə istifadəyə verilməsi planlaşdırılır.




