Dəm qazından zəhərlənən əcnəbilər NDU-nun tələbələri olublar

15 Yanvar, 2026 - 10:22
Dəm qazından zəhərlənən əcnəbilər NDU-nun tələbələri olublar

Dünən Naxçıvanda dəm qazından zəhərlənən əcnəbilər Naxçıvan Dövlət Universitetinin tələbələri olublar.

"Azərbaycan müəllimi" xəbər verir ki, Büşra Aksu Naxçıvan Dövlət Universitetinin "Tibb" ixtisası üzrə II, Ahmet Kavak isə "Baytarlıq təbabəti" ixtisası üzrə I kurs tələbəsi idi. 

Hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.