Deputat: Özəl məktəblərdə təhsil haqları olduqca yüksəkdir
Milli Məclisin Elm və təhsil komitəsinin 11 sentyabr 2025-ci il tarixli iclasında özəl təhsil müəssisələrində təhsil haqları ilə bağlı məsələ də qaldırılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, deputat Ceyhun Məmmədov çıxışında özəl məktəblərdə illik təhsil haqqının bəzən 30 min manata qədər yüksəldiyini diqqətə çatdırıb. O bildirib ki, bu sahə hərçənd özəl sektorun fəaliyyətidir, lakin dövlət mövqeyindən yanaşaraq qiymətlərin necə tənzimlənməsinin vacibliyinə baxmaq lazımdır.
Deputat qeyd edib ki, valideynlərin üzərinə düşən ağır maliyyə yükü bu istiqamətdə əlavə mexanizmlərin hazırlanmasını zəruri edir.



