Dərsdənkənar məşğələlərin sayı artırılıb
Ümumtəhsil məktəblərinin tədris digər dillərdə olan bölmələrində I-VII və IX siniflər üzrə dərsdənkənar məşğəllərinin sayı artırılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, "Ümumi təhsil müəssisələrinin I-XI siniflərinin 2026-2027-ci tədris ili üçün tədris planı"nda öz əksini tapıb.
Belə ki, ötən tədris ilində I-VII siniflər üzrə dərsdənkənar məşğələlər həftədə 1 saat tədris edilirdisə, yeni tədris ilindən həftədə 2 saat, X siniflərdə isə 3 saat olmaqla keçiriləcək.




