DİM-in 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib 

10 Aprel, 2026 - 17:00
DİM-in 10 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib 

Aprelin 10-da Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: Etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirin əsas məqsədi təhsilin qiymətləndirilməsi və dövlət qulluğu sahəsində əldə olunmuş təcrübənin paylaşılması, həmçinin bu istiqamətlər üzrə aktual məsələlərin müzakirəsi olub. Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Misir, Cənubi Afrika Respublikası və Keniyadan, eləcə də beynəlxalq təşkilatlardan 200-dən çox nümayəndə iştirak edib.

Açılış mərasimində Dövlət Himni səsləndirilib, daha sonra DİM-in 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə qeyd edib ki, ölkədə biliklərə əsaslanan qiymətləndirmə sisteminin formalaşdırılması strateji yanaşmanın nəticəsidir və bu gün uğurla davam etdirilir.

DİM artıq yalnız qəbul mexanizmi deyil, eyni zamanda ədalət və şəffaflıq prinsiplərinə əsaslanan mühüm institut kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, qurum tərəfindən həyata keçirilən təşəbbüslər çərçivəsində koqnitiv bacarıqlar, sosial kompetensiyalar və emosional zəkanın ölçülməsi istiqamətində mühüm addımlar atılır.

Sədr çıxışında müasir dövrdə qiymətləndirmə yanaşmalarının dəyişdiyini diqqətə çatdıraraq bildirib ki, rəqəmsal dövrdə yalnız biliklərin həcmini ölçmək kifayət etmir: “Bizim konseptual baxışımız şəxsiyyətin kompleks qiymətləndirilməsinə, yəni “Holistic Assessment”ə yönəlib. Hər bir alqoritmin arxasında şəxsiyyəti görürük və məqsədimiz imtahanı iştirakçılar üçün özünüdərk alətinə çevirməkdir”.

O əlavə edib ki, imtahanların təşkili prosesində ölkə üzrə təxminən 15 min təşkilatçı, 7 min ekspert və 5 min müəllif və marker iştirak edir və bu sistemin əsasını uzun illər ərzində formalaşmış peşəkar insan resursu təşkil edir.

Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev DİM-in fəaliyyətinin nəticəsi olaraq formalaşan məlumat bazasını cəmiyyət üçün “böyük xəzinə” kimi dəyərləndirib. Nazir bildirib ki, bu məlumatlar yalnız qəbul imtahanlarının nəticələri ilə məhdudlaşmır, eyni zamanda dövlət idarəçiliyi və kadr siyasətində keyfiyyətli qərarların qəbulunda mühüm rol oynayır.

E.Əmrullayev vurğulayıb ki, bu “məlumat xəzinəsi” davamlı olaraq zənginləşir və cəmiyyət üçün dəyəri artır. O, həmçinin qeyd edib ki, müstəqillik illərində imtahan sistemində şəffaflıq və ədalət prinsiplərinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Artıq 30 ildən çoxdur ki, qəbul prosesi obyektiv və etibarlı şəkildə həyata keçirilir.

Nazir əlavə edib ki, milyonlarla vətəndaş məhz bu sistem sayəsində təhsil almaq imkanı qazanıb və onların bir qismi hazırda dövlət qulluğunda, o cümlədən xüsusi dövlət xidmətlərində fəaliyyət göstərir. Onun sözlərinə görə, imtahan sistemi yalnız qiymətləndirmə mexanizmi deyil, eyni zamanda insanların həyatında mühüm dönüş nöqtəsi yaradan dövlət alətidir.

Konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında əməkdaşlığın gücləndirilməsinə dair Niyyət Protokolu imzalanıb. Sənəd Dövlət İmtahan Mərkəzi ilə yanaşı, Qazaxıstanın Milli Test Mərkəzi, Qırğızıstanın Təhsilin Keyfiyyətinin İnkişafı Departamenti, Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi və Özbəkistanın Bilik və Bacarıqların Qiymətləndirilməsi Agentliyi arasında imzalanıb.

Protokol türk dövlətləri arasında uzunmüddətli institusional əməkdaşlığın gücləndirilməsi və strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Sənəd çərçivəsində birgə tədbirlərin təşkili, bilik və təcrübə mübadiləsi, imtahan sistemlərinin rəqəmsal transformasiyası, müasir qiymətləndirmə platformalarının inkişafı, həmçinin süni intellekt və digər innovativ texnologiyaların tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Bununla yanaşı, elmi əsaslara uyğun dil qiymətləndirmə alətlərinin hazırlanması, türk dillərinin təşviqi və beynəlxalq təcrübənin tətbiqi də prioritet istiqamətlər kimi müəyyən edilib. Niyyət Protokolu imzalandığı tarixdən qüvvəyə minib və 5 il müddətində etibarlı olacaq.

Tədbir yerli və beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələrlə davam edib. Müzakirələrdə müasir təhsil sistemində qiymətləndirmənin rolu, rəqəmsallaşma dövründə insan kapitalının inkişafı və kadr siyasəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində 20-dən çox mövzu üzrə məruzə təqdim olunub və sessiyalar günün sonunadək davam edib.