DİM sədri dinləmə mərhələsi ilə bağlı narazılıqlara aydınlıq gətirib

27 Aprel, 2026 - 11:48
DİM sədri dinləmə mərhələsi ilə bağlı narazılıqlara aydınlıq gətirib

“Bəzi abituriyentlər dinləmə zamanı səsin zəif eşidildiyini və ya keyfiyyətin yaxşı olmadığını düşünürlər. Lakin çox zaman problem texniki deyil, dinləyib-anlama bacarığının kifayət qədər formalaşmaması ilə bağlı olur”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə deyib. 

“Bəzən elə hesab edilir ki, aparatla bağlı problem var. Halbuki bu, normal prosesdir. Dinlədikcə, diqqətlə izlədikcə və məzmunu anlamağa çalışdıqca məlumatı qavramaq mümkündür”, – deyə o vurğulayıb.


O eyni zamanda vurğulayıb ki, tədris dilində buraxılış imtahanlarının nəticələrinin yaxşılaşması görünür: “Amma riyaziyyatda o qədər də sıçrayış yoxdur. Lakin bu sıçrayış xarici dildən var”.