Direktor seçimində imtahan nəticələri əsas götürüləcək 

28 Aprel, 2026 - 12:29
Direktor seçimində imtahan nəticələri əsas götürüləcək 

“Direktorların işə qəbulu prosesində olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün təşkil olunan brifinqdə deyib.

O qeyd edib ki, direktor və müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladığı balın əsas meyarlardan biri kimi nəzərə alınmasıdır. Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək.