Doktorantura üzrə yeni ixtisaslar yaradılıb – QƏRAR

30 İyul, 2026 - 20:03
Doktorantura üzrə yeni ixtisaslar yaradılıb

“Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”na “Ədalət mühakiməsi hüququ”, “Hava hüququ və hava məkanının təhlükəsizliyi” və “Mədəniyyət hüququ” ixtisasları əlavə edilib.