Doktoranturaya qəbulda beynəlxalq dil sertifikatları təqdim edənlərin NƏZƏRİNƏ!
2026/2027-ci tədris ilində doktoranturaya qəbul üzrə xarici dil imtahanından azad olunmaq üçün beynəlxalq dil sertifikatları təqdim edən namizədlərin arayışları DİM-in “Elektron Xidmətlər” bölməsində müvafiq səhifəyə yerləşdirilib.
Bu barədə "Azərbaycan müəllimi"nə DİM-dən məlumat verilib.
Xatırladaq ki, bu il doktoranturaya qəbul prosesində namizədlər tərəfindən imtahan nəticələrinin keçid balına ekvivalentliyinin müəyyən edilməsi məqsədilə Dövlət İmtahan Mərkəzinə ümumilikdə 176 beynəlxalq xarici dil sertifikatı təqdim olunub. Onlardan 164‑ü müvafiq qaydada verifikasiya edilərək təsdiq edilib.
Məlumat üçün bildiririk ki, doktoranturaya qəbul üzrə Dövlət İmtahan Mərkəzinin xarici dil imtahanında iştirak etmiş namizədlərin nəticələrinə dair arayışlar da yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin Elektron Xidmətlər bölməsində yerləşdiriləcək.




