Dünyanın 27 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” tədris olunub - Rəvan Həsənov

6 Mart, 2026 - 13:26
Dünyanın 27 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” tədris olunub

"Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünə əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsini həyata keçirir".

"Azərbaycan müəllimi" xəbər verir ki, BBMM-in icraçı direktoru Rəvan Həsənov deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində dünyanın 27 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunub. Eyni zamanda, ölkənin 40-a yaxın universitetinin magistratura səviyyəsində bu fənnin tədrisi aparılır, ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris edilir.