Dünyanın ən yaxşı universitetlərinin dayanıqlılıq indeksi üzrə reytinqi açıqlanıb

18 Noyabr, 2024 - 17:39

Noyabrın 18-də COP29 çərçivəsində dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “QS Quacquarelli Symonds”  tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.  

"Azərbaycan müəllimi" xəbər verir ki, reytinqdə ölkəmizin 7 universiteti yer alıb. Həmin universitetlır aşağıdakılardır:

1. Bakı Dövlət Universiteti 941-950
2. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 1081-1100
3. Azərbaycan Dövlət Neft və Sənaye Unuversiteti 1351-1400
4. Bakı Mühəndislik Universiteti (BMU) 1451-1500
5. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti 1501+
6. Azərbaycan Texniki Unuversiteti 1501+
7. Xəzər Universiteti 1501+