Elektron attestatların hazırlanmasına başlanılıb
“Hazırda ümumi təhsil müəssisələrində elektron attestatların hazırlanması istiqamətində işlər davam etdirilir”.
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, bu məqsədlə platforma üzrə texniki və təşkilati proseslər həyata keçirilir və ölkənin ümumtəhsil müəssisələri həmin prosesə cəlb olunub.
Agentlikdən verilən məlumata görə, şagirdlərin attestat qiymətləri formalaşdırılarkən həm ümumi təhsil müddətində əldə olunan yekun nəticələr, həm də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri nəzərə alınır.
Bildirilib ki, buraxılış imtahanlarının nəticələri attestatda əks olunur, digər fənlər üzrə yekun qiymətlər isə “Şagird-məzun” sisteminə daxil edilərək attestata inteqrasiya edilir.
-
LamiyyəYeni Uluxanlı məktəbi3 ay əvvəlCavablaLike (0) -
Vəliyeva XəyaləElektron atesttat3 ay əvvəlCavablaLike (0) -
ZəhraAttestat qiymıtlərimi öyrənmək istəyirəm3 ay əvvəlCavablaLike (0) -
ElcanAtestat qiymətlərimi bilmək isdəyirəm3 ay əvvəlCavablaLike (0) -
fuadatesdat qiymete baxmaq isdiyirem3 ay əvvəlCavablaLike (0)




