Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin VII Məclisi keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin videokonfrans formatında VII Məclisi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərliyi ilə baş tutan toplantıda növbəti il üçün fəaliyyət planı və qarşıda duran cari məsələlərə dair fikir mübadiləsi aparılıb, həmçinin bir sıra digər mövzular ətrafında müzakirələr edilib, ardından təklif olunan məsələlər ayrı-ayrılıqda səsə qoyularaq məclis üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Qarşılıqlı dialoq və konstruktiv fikir mübadiləsi şəraitində keçən iclasın yekununda ETİHİ rəhbərliyi tərəfindən üzv təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar və tövsiyələr verilib.


