ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Sabirabadda keçirilib

7 Noyabr, 2025 - 20:42

ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Sabirabadda reallaşıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüş Mil–Muğan regionu üzrə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrinin həmkarlar ittifaqı komitələrinin iştirakı ilə keçirilib.

   Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbir Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Görüşdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, komitənin məsul əməkdaşları və 322 ilk həmkarlar ittifaqı təşkilatının sədrləri iştirak edib.

Tədbirdə ETİHİ Respublika Komitəsinin səsri Araz Paşayev,çıxış edərək üzv təşkilatlarla birbaşa dialoqun və qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.Sədr çıxışı zamanı üzv təşkilatların sosial layihələrdə iştirakı, təhsil müəssisələrində əmək münasibətləri, sosial təminat və maarifləndirmə istiqamətində görülən işlər barədə də ətraflı məlumat verib.Həmçinin ittifaq üzvlərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi sahəsində AHİK və ETİHİ tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçirilən görüşdə bir sıra aktual məsələlər müzakirə olunub, ilk təşkilat sədrlərinin sualları cavablandırılıb,rəy və təklifləri dinlənilib.

Qeyd edək ki,ETİHİ Respublika Komitəsi tərəfindən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüşlərin mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulur.