ETN-in vətəndaş müraciətlərinin statistikası açıqlanıb
Fevralın 16-dan 28-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 19 006 vətəndaş müraciəti daxil olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, müraciətlərin 2 473-ü elektron, 1 171-i yazılı qaydada, 12 442-si isə çağrı mərkəzləri vasitəsilə yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 2 920 müraciət qeydə alınıb.
Müraciətlər olimpiada və müsabiqələr, “Rəqəmsal məktəb”, şagird yerdəyişməsi, təhsil tələbə kreditinə elektron müraciət və digər məsələlərlə bağlı olub.



