Əvvəlki direktor müsabiqəsinin iştirakçıları yenidən seçimdə iştirak edə bilərlər? — MÜTDA açıqladı
Direktorların işə qəbulu üzrə əvvəlki müsabiqələrdə iştirak etmiş namizədlərin hazırda davam edən vakansiya seçimində iştirak etməsi ilə bağlı hər hansı məhdudiyyətin olması nəzərdə tutulmur.
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, əvvəlki müsabiqələrin nəticələrinin emalı hazırda davam etdirilir və prosesin tədris ilinin başlanmasına qədər yekunlaşdırılması hədəflənir.
Qeyd edək ki, direktorların işə qəbulu üzrə növbəti vakansiya seçiminə 18 avqust saat 11:00-dan etibarən başlanılıb. Namizədlər 21 avqust saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.




