“Femida Könüllüləri” peşə mərkəzlərinin tələbələri üçün təlimlər keçib

26 May, 2026 - 18:00
“Femida Könüllüləri” peşə mərkəzlərinin tələbələri üçün təlimlər keçib

25-26 may 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında “Təhsilalanların hüquq bələdçisi” layihəsi keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, layihənin əsas məqsədi gənc nəslin hüquqi biliklərinin artırılması, hüquq və vəzifələri barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi, onlara hüquq mədəniyyətinin təməl prinsiplərinin aşılanması, hüquq pozuntularına qarşı erkən müdafiə mexanizmlərinin öyrədilməsi, həmçinin vətəndaş məsuliyyətinin və hüquqi düşüncə tərzinin inkişaf etdirilməsindən ibarətdir.

Layihə çərçivəsində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təhsilalanları arasında “İnsan alveri”, “Bullinq və ictimai təzyiq”, “Kiber təhlükəsizlik və şəxsi məlumatların qorunması” və “Erkən nikahların hüquqi və sosial aspektləri” mövzularına həsr olunmuş hüquqi maarifləndirmə tədbirləri, müxtəlif interaktiv seminarlar, təlimlər və praktiki məşğələlər keçirilib. Sözügedən tədbirlərdə 200 nəfərdən artıq təhsilalan iştirak edib.

Mayın 26-da Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Mərkəzində keçirilən təlimdə “Femida Könüllüləri” Təşkilatının sədri Salman Vahabov “Erkən nikahların hüquqi və sosial aspektləri” mövzusunda təqdimatla çıxış edərək tələbələrə erkən nikah anlayışı, onun cəmiyyətdə törətdiyi fəsadlar və qanunvericilikdəki tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verib.

Təlim çərçivəsində peşə mərkəzinin tələbələri ilə şou-debat və 15 sualdan ibarət interaktiv oyun keçirilib. Yekunda sualları düzgün cavablandıran və debatda fəal iştirak edən təhsilalanlara mükafatlar təqdim edilib. 

Məlumat üçün qeyd edək ki, növbəti mərhələdə layihənin ümumi təhsil müəssisələrində keçirilməsi nəzərdə tutulub.