Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 16-da Tərtər şəhərində vətəndaşları qəbul edəcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəbulda Tərtər və Ağdərə rayonlarının sakinləri iştirak edə bilərlər.
“Adıçəkilən rayonların sakinləri oktyabrın 14-ü saat 18:00-dək nazirliyin Çağrı Mərkəzinin 146–11 nömrəli telefonuna yalnız iş günləri və saatlarında zəng etməklə qəbula yazıla bilərlər.
Bununla yanaşı, nazirliyin rəsmi saytının “Əlaqə” bölməsi vasitəsilə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” üzərindən müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir”, - deyə məlumatda qeyd olunub.




