“FutureFem 2.0” layihəsinə qeydiyyat açıq elan edilir

27 Yanvar, 2026 - 20:17
“FutureFem 2.0” layihəsinə qeydiyyat açıq elan edilir

Lider mobil operatorun qadınların ictimai və iqtisadi həyatda fəallığının artırılmasına yönəlmiş “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində qalib seçilən “FutureFem 2.0” layihəsi üzrə qeydiyyat açıq elan edilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, "Azercell"in dəstəyi ilə həyata keçirilən layihə qadınların sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir. Proqram qadın sahibkarlar və tələbə qızlar üçün nəzərdə tutulmuş çoxmərhələli inkişaf platformasıdır.

Üç ay davam edəcək layihə çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya bacarıqları üzrə praktiki biliklər əldə edəcəklər. Təlimlər müvafiq sahələr

üzrə ekspertlərin iştirakı ilə keçiriləcək.

“FutureFem 2.0” proqramı iştirakçılara yalnız nəzəri biliklər deyil, eyni zamanda ideyalarını inkişaf etdirmək üçün praktiki imkanlar da təqdim edir. Layihənin sonunda seçilmiş iştirakçılar “FutureFem Challenge” çərçivəsində ideyalarını münsiflər heyətinə təqdim edəcək, ən uğurlu komanda isə mentorluq proqramına cəlb olunacaq.

Qeyd edək ki, layihə "Azercell"in dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə icra olunur.

Son müraciət tarixi: 05.02.2026

Müraciət üçün keçid.