Gələn il 10 məktəb pilot olaraq adambaşı maliyyələşməyə keçəcək
Gələn il 10 ümumi təhsil müəssisəsinin pilot qaydada adambaşı maliyyələşməyə keçirilməsi üçün növbəti ildə 6 milyon manat vəsait proqnozlaşdırılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Milli Məclis komitələrinin birgə iclasında deyib.
Nazir əlavə edib ki, strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2026-cı ilin sonuna 100 məktəbdə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.


