“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

2 İyul, 2025 - 17:15
“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib
“Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin V siniflərinə qəbul imtahanı keçirilib.

BDU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, liseyə qəbul olmaq üçün 2551 nəfər müraciət edib. İmtahanın nəticələrinin iyulun 7-də açıqlanacağı gözlənilir.

“Gənc istedadlar” liseyi ölkənin ən yaxşı təhsil müəssisələri sırasındadır. Liseyin şagirdləri hər il beynəlxalq və ölkə əhəmiyyətli müsabiqə və olimpiadalarda önəmli yerlər qazanırlar.