Geomaqnit qasırğası gözlənilir
Gözlənilən tac kütlə atılmaları və tac dəliyi axınlarının təsiri ilə avqustun 11-12-də zəif geomaqnit qasırğası (G1) gözlənilir.
Bu barədə "Azərbaycan müəllimi"nə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib
Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.




