Güclü geomaqnit qasırğası gözlənilir

8 İyun, 2026 - 11:02
Güclü geomaqnit qasırğası gözlənilir

Ardıcıl baş vermiş tac kütlə atılmalarının Yerə təsiri ilə 8-10 iyun tarixlərində G3 səviyyəsinədək, yəni güclü geomaqnit qasırğası gözlənilir.

Bu barədə "Azərbaycan müəllimi"nə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, 8-14 may tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir. 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin və 10 MeV-dən çox enerji yüklü proton selinin 6 iyunda baş vermiş TKA-nın Yerə çatması ilə yüksələcəyi gözlənilir. 

Günəş küləyinin də 6 iyunda baş vermiş TKA-nın təsirilə 8-9 iyunda normadan yüksək olacağı gözlənilir.  

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 5–85%, orta geomaqnit enliklərdə isə 15-50%-dir.