“Cəmiyyətə açıq olaq! Təhsili maliyyələşdirək” kampaniyası çərçivəsində tədbir keçirilib

22 Yanvar, 2026 - 12:08
“Cəmiyyətə açıq olaq! Təhsili maliyyələşdirək” kampaniyası çərçivəsində tədbir keçirilib

Yanvarın 20-21-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Təhsil üzrə Avropa Həmkarları İttifaqı Komitəsinin təşəbbüsü ilə “Cəmiyyətə açıq olaq, təhsili maliyyələşdirək!” (Go Public! Fund Education) kampaniyası çərçivəsində subregional görüş keçirilib.
Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın təhsil işçiləri həmkarlar ittifaqlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

"Azərbaycan müəllimi"xəbər verir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin verdiyi məlumatda qeyd olunur ki, görüşdə təhsil işçilərinin əmək və sosial şəraitinin yüksəldilməsi, onlara hərtərəfli sosial dəstəyin göstərilməsi, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, təhsilin maliyyələşdirilməsi və davamlı sosial dialoq mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

Tədbirdə çıxış edən Gürcüstanın elm, təhsil və gənclər naziri Givi Mikanadze, Beynəlxalq Təhsil Birliyinin “Go Public! Fund Education” kampaniyası üzrə koordinatoru Angelo Gavrielatos və Təhsil üzrə Avropa Həmkarları İttifaqı Komitəsinin direktoru Jelmer Evers UNESCO və BMT-nin müəllimlik peşəsi ilə bağlı tövsiyələrindən və bu sahədə qlobal çağırışlardan danışıblar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin sədri Araz Paşayev tədbirdə sürətli rəqəmsallaşmanın əmək bazarına təsirləri, Azərbaycanda müəllimlərin işə qəbulu və sertifikatlaşdırma mexanizmləri, eləcə də təhsil sahəsində həyata keçirilən peşəkar inkişaf proqramları barədə məlumat verib. 
Araz Paşayev çıxışında  həmçinin son bir il ərzində Respublika Komitəsinin reallaşdırdığı sosial layihələrdən bəhs edib, elm və təhsil işçilərinə göstərilən dəstək tədbirləri və təqdim olunan xidmətlərə əlçatanlıqdan danışıb.

Görüşün yekununda sub-regional əməkdaşlığın genişləndirilməsi və növbəti iclasın bu ilin oktyabr ayında Tacikistanda keçirilməsi qərarı qəbul edilib.

Qeyd edək ki, Təhsil üzrə Avropa Həmkarları İttifaqı Komitəsi 48 ölkədən 120 təşkilatı və 4,9 milyon ittifaq üzvünü birləşdirir. ETİHİ Respublika Komitəsi 2010-cu ildən bu qurumun üzvüdür.