IE Mərkəzi nə vəd edir? - Təhsil, innovasiya və qlobal əməkdaşlıq bir arada

28 Aprel, 2026 - 16:42
IE Mərkəzi nə vəd edir?

Aprelin 28-də "PASHA Holding" və SOCAR, IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, təşəbbüs liderliyin inkişafı, innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma yaratmağı, Azərbaycanın insan kapitalının inkişafını dəstəkləməyi hədəfləyir.

Mərkəzdə təhsil proqramları, qlobal tədbirlər və tədqiqat təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Əsas diqqət rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf kimi sahələrə yönəldiləcək. Tərəfdaşlıq həmçinin milli tərəfdaşlarla əməkdaşlıq vasitəsilə təhsildə mükəmməlliyin artırılmasına və institusional potensialın gücləndirilməsinə xidmət edəcək. Əməkdaşlıq çərçivəsində SOCAR və "PASHA Holding" əməkdaşlarının peşəkar inkişafını dəstəkləmək məqsədilə xüsusi hazırlanmış təhsil proqramlarının həyata keçirilməsi də nəzərdə tutulur.

Birgə əməkdaşlıq çərçivəsində yaradılacaq Mərkəz IE Universitetinin qlobal təcrübəsini Azərbaycanın insan kapitalının inkişaf ehtiyacları ilə uzlaşdıracaq, eyni zamanda fiziki və rəqəmsal həlləri birləşdirən müasir hibrid platforma kimi fəaliyyət göstərəcək. Mərkəz Azərbaycanda liderlik və innovasiya üzrə yeni ekosistemin formalaşmasında, eləcə də gələcək liderlərin yetişdirilməsində aktiv rol oynayacaq.

Bu təşəbbüs dövlət, özəl sektor və geniş biznes ictimaiyyəti arasında əməkdaşlığın mühüm nümunəsi də sayıla bilər. O, azərbaycanlı gənclərin və mütəxəssislərin peşəkar inkişaf imkanlarını yaxşılaşdırmağa da imkan yaradacaq. 

Ümumilikdə, Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması beynəlxalq təcrübənin tətbiqinə və müasir bilik və bacarıqların artırılmasına töhfə verəcək.

IE Mərkəzi nə vəd edir?
IE Mərkəzi nə vəd edir?
IE Mərkəzi nə vəd edir?
IE Mərkəzi nə vəd edir?
IE Mərkəzi nə vəd edir?
IE Mərkəzi nə vəd edir?
IE Mərkəzi nə vəd edir?
IE Mərkəzi nə vəd edir?
IE Mərkəzi nə vəd edir?