TUM proqramına uyğunlaşdırılmış "Kompüter elmləri" ixtisası açılacaq
İki yeni elmi müəssisə yaradılıb və AZCON Mühəndislik və Texnologiya Məktəbi fəaliyyətə başlayır.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında məlumat verib.
Nazir bildirib ki, bunlardan biri AzTU nəzdində AZCON Mühəndislik və Texnologiya Məktəbində TUM (Münhen Texniki Universiteti) proqramına uyğunlaşdırılmış kompüter elmləri ixtisası mövcuddur:
“Növbəti tədris ilindən isə qəbul planının artırılması və “Kompüter mühəndisliyi” ixtisasının açılması planlaşdırılır”.
Nazirin sözlərinə görə, yaradılan digər yeni elmi müəssisələr isə Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar və Tətbiqi Elmlər institutlarıdır.




