İncəsənət məktəblərinə I sinfə qəbulun nəticələri AÇIQLANDI

22 May, 2026 - 17:48
İncəsənət məktəblərinə I sinfə qəbulun nəticələri

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə I sinfə qəbul müsabiqəsinin əyani imtahan mərhələsinin nəticələri elan olunub.

Bu barədə "Azərbaycan müəllimi"nə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nəticələr namizədlərin qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabinetlərinə, elektron poçt ünvanlarına və SMS bildiriş vasitəsilə təqdim edilmişdir. Həmçinin namizədlər nəticələrlə “exam.culture.az” portalı vasitəsilə də tanış ola bilərlər.

Qəbul müsabiqəsinin əyani imtahan mərhələsində topladıqları ballardan narazı qalan namizədlər 3 iş günü ərzində qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti üzərindən apellyasiya müraciəti edə bilərlər. Apellyasiya müraciətlərinə 10 iş günü ərzində baxılacaq.

Qeyd edək ki, apellyasiya müraciətlərinin baxılması yekunlaşdıqdan sonra növbəti mərhələ — ixtisas və məktəb seçiminin aparılmasına başlanılacaq.