İşğaldan azad edilmiş ərazilərdə 9 təhsil müəssisəsi fəaliyyətə başlayıb

28 Dekabr, 2024 - 09:57
İşğaldan azad edilmiş ərazilərdə 9 təhsil müəssisəsi fəaliyyətə başlayıb
İşğaldan azad edilmiş ərazilərdə 9 təhsil müəssisəsi fəaliyyətə başlayıb

2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə 975 şagird və 129 təhsilverən daxil olmaqla 5 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayıb.

Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu il ərzində fəaliyyətə başlayan təhsil müəssisələri arasında 115 uşaq və 16 təhsilverən daxil olmaqla 4 məktəbəqədər təhsil müəssisəsi də olub.